Tezliklə Ərdoğanın kiçik qardaşı olacağıq – Şarmazanov

Tezliklə Ərdoğanın kiçik qardaşı olacağıq – Şarmazanov

Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar aparılmır, bu məsələnin xaç atası Türkiyədir.

AzerTimes xəbər verir ki, bu iddia ilə Ermənistanın müxalif siyasətçisi Eduard Şarmazanov birbaşa danışıqlar nəticəsində əsirlərin qarşılıqlı dəyişdirilməsi prosesi haqda deyib.

O bildirib ki, Rusiya bölgədən gedə bilər:

“Onda biz dərhal Ərdoğanın kiçik qardaşları olacağıq. Burada Rusiyanın neytrallaşdırılması baxımından Türkiyə ilə Qərbin maraqları üst-üstə düşür. Qərbin məqsədi artan Rusiya-Qərb münaqişəsi fonunda Cənubi Qafqazda Rusiyanın mövcudluğunu zəiflətməkdir. Ermənistandakı antirusiya əhval-ruhiyyəsinin səbəbi də budur”.

Şarmazanovun fikrincə, Cənubi Qafqazda Rusiyanın yox, Türkiyənin “gözətçi” olması Qərbin marağındadır.

Teqlər: