Tezliklə Daşaltı kəndində müasir beşulduzlu otellər fəaliyyətə başlayacaq

Tezliklə Şuşada, Daşaltı kəndində müasir beşulduzlu otellər,
turizm və ictimai-iaşə mərkəzləri fəaliyyətə başlayacaq.

Trend xəbər verir ki, bu barədə Şuşada Dünya Azərbaycanlılarının
V Qurultayının bağlanış mərasimində məlumat verilib.

“Qarabağın səfalı təbiəti, füsunkar mənzərələri və turizm
imkanlarını nəzərə alsaq, bu potensialın inkişafında və xarici
turistlərin buraya cəlb olunmasında soydaşlarımız yaxından iştirak
edə bilərlər”, – deyə qeyd olunub

Xatırladaq ki, Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor
nümayəndəsi və qonaq iştirak edir.

Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham
Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci
ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.

.

Teqlər: