Ukrayna hərbçiləri Xerson istiqamətində əks hücuma hazırlaşır, lakin tarix hələlik məlum deyil.
AzerTimes xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Rostioslav Smirnov deyib.
“Konkret tarix haqqında danışmaq istəməzdim. Amma onu deyə bilərəm ki, bizi, xüsusilə cənubdan yaxşı xəbərlər gözləyir. Çünki orda vəziyyət daha yaxşıdır”, – Smirnov bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu 30-dan obyektin məhv edilməsilə bağlı əməliyyatlar keçirib:
“2-3 həftə ərzində sursat anbarları, komanda məntəqələri, düşmən texnikasının cəmləşdiyi mövqelər məhv edilib. Hazırlıq aparmışıq”.