Təyyarənin quyruğunda, yanaşı oturtmaq üçün 5-6 manat aldılar

Təyyarənin quyruğunda, yanaşı oturtmaq üçün 5-6 manat aldılar

Bizdə təyyarə biletlərinin qiyməti region ölkələri ilə müqayisədə çox bahadır.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Tahir Kərimli deyib.

O bildirib ki, Naxçıvana uçan təyyarələrin biletlərinin də qiyməti artırılıb:

“Yanacağı dövlət verir, amma qiymətlər arta-arta gedir. Kimsə region ölkələri ilə müqayisədə qiymətlərin niyə belə yüksək olmasını izah etmir. Bu yaxınlarda mən bir yoldaşla “Buta” ilə xaricə uçurdum. Bizi yanaşı oturtmaq üçün 5-6 manat aldılar, təyyarənin quyruğunda oturtdular. İndi ər-arvad gedəndə onları yanaşı otuzdurmaq üçün pul alacaqlar? Söz deyəndə, deyirlər ki, kommersiyadır, istəmirsən, başqa şirkətlə uç. Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq?! Bizim şirkətimiz, təyyarəmiz var? Bu, biabırçılıqdır. Heç olmasa dünyaya, regiona, xalqın şəraitinə baxsınlar”.

Deputat daha sonra qeyd edib ki, müharibədə yaralanmayan şəxslər də dövlət qayğısı ilə əhatə olunmalıdır:

“İndi biri gedib döyüşüb, yaralanmayıb, amma elə kontuziya alıb ki, onu qayğıdan diqqətdən kənarda qoymaq olmaz. Bu məsələyə daha çox diqqət ayırmaq lazımdır. 80 manat veteran pulu da çox azdır. Bunu artırmaq lazımdır”.

Teqlər: