Türkiyədə sərnişin təyyarəsini ildırım vurub.
Bədbəxt hadisə “Atlasglobal”a məxsus İstanbul-Tiflis reysində qeydə alınıb.
Avialaynerin sərnişinlərinin sözlərinə görə, təyyarə havaya qalxdıqdan 15-20 dəqiqə sonra çox parlaq işıq müşahidə edilib və ildırım hava gəmisini vurub. “Bundan sonra idarəetmədə problemlər yaranıb. Pilot geriyə – hava limanına qayıtmaq barədə qərar verdi”.
Məlumata görə, hadisə nəticəsində yaralanan və ya xəsarət alan olmasa da, təyyarəyə ziyan dəyib.
İstanbul-Tiflis reysi bir neçə saat sonra başqa təyyarə ilə həyata keçirilib.