Təyyarələrsiz dünya necə olardı?

Təyyarələrsiz dünya necə olardı?

Aviasiya uzun müddətdir ki, qaz tullantılarını azaltmağa çalışanlar üçün baş ağrısıdır. Bu, “karbonsuzlaşdırılması çətin olan” sektorun ən başında gəlir və cəmiyyətin zəngin təbəqəsinin həyat tərzi ilə çox bağlıdır.

AzerTimes xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

2013-2019-cu illər arasında təyyarələrdən karbon dioksid (CO2) tullantıları 30% artdığı halda, eyni illər arasında bütün sənaye sahələrində CO2 tullantıların artımı cəmi 4% olub.

Pandemiya dövründə isə bütün dünyada uçuşlar dayandırıldığından, aviasiyanın CO2 tullantıları 2020-ci ildə 60%-ə qədər azaldı.

Nəqliyyat və Ətraf Mühit Ekologiya Təşkilatının son hesabatına görə, daha az uçmaq bu problemi azaltmağın ən təsirli yoludur.

Həmçinin daha səmərəli aviasiya yanacaqları və elektrik təyyarələri kimi texnologiyaların 2030-cu illərdə mühüm rol oynayacağı bildirilir.

Tədqiqatçıların fikrincə, uçuşlar dayandırılarsa, havanın təmizlənməsi, yerli turizmin inkişaf etməsi ilə bərabər bu sektorda çalışan 18 milyon insan da işsiz qala bilər.

Teqlər: