Təyyarələrimizə müdaxilə: Ordumuz zərbə endirməlidir

Təyyarələrimizə müdaxilə: Ordumuz zərbə endirməlidir

Qeyri-qanuni erməni hərbi dəstələrinin silahlanmasında olan və Rusiya sülhməramlılarının vasitəsi ilə o əraziyə yerləşdirilən radar sistemlərinin Azərbaycanın hava məkanına müdaxilə halları artıb.

Bu sözləri AzerTimes-a hərbi ekspert Elxan Şıxəliyev qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan hava məkanına radiomaneələrin tətbiqinin intensivləşməsi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, erməni separatçı-terrorçuların bu təxribatda əsas hədəfi yeni inşa olunan hava limanlarımızdır:

“Radar sistemləri onlara imkan verir ki, bizim mülki daşımaları həyata keçirən təyyarələrimizin naviqasiya sistemlərini idarəolunmaz hala gətirsinlər. Əslində, onların məqsədi mülki təyyarələrin qəzasına nail olmaqdır. Yeni inşa olunan hava limanlarının işini əngəlləmək istəyirlər”.

Hərbi ekspert separatçı-terrorçu dəstənin bu təxribatına cavab addımları təklif edib:

“Radarlara qarşı əks-radar funksiyalarının həyata keçirilməsi texniki baxımdan bir az çətindir. Çünki radarlar hərbi-texniki baxımdan elə modelləşdirilir ki, onların tezliyinə müdaxilə həyata keçirmək qəliz olur. Ona görə də bu radar sistemlərinin funksiyalarını zərərsizləşdirməyin ən uyğun yolu nöqtə zərbələri ilə idarəetmə mərkəzlərini məhv etməkdir”.

Teqlər: