Təyyarə qəzası: keçmiş senator və siyasətçilər öldü

Təyyarə qəzası: keçmiş senator və siyasətçilər öldü

Kolumbiyanın mərkəzində kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir neçə siyasətçi həlak olub.

AzerTimes xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı “Cessna 210”da olan keçmiş senator, 4 siyasətçi və pilot həyatını itirib.

Yerli hakimiyyət orqanları Villavisensio şəhərindən paytaxt Boqotaya doğru havaya qalxan kiçik mühərrikli təyyarənin Boyaca inzibati regionunda qəzaya uğradığını bildirib.

Səlahiyyətli şəxslər, ölən 5 nəfərin 2013-cü ildə Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe Velez tərəfindən qurulan Demokratik Mərkəz Partiyasının üzvləri olduğunu qeyd ediblər. Ölənlərdən birinin 2014-2018-ci illərdə senator olmuş 55 yaşlı Nohora Tovar olduğu bildirilir. Tovar Kolumbiyanın Dominikan Respublikası və Haitidəki səfiri vəzifələrində çalışıb.

Teqlər: