Yunanıstanda An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində ölən ekipaj heyətinin 8 nəfər üzvünün meyitləri tapılıb.
AzerTimes xəbər verir ki, ERT-1 kanalı məlumat yayıb.
Meyitlərin Komotini xəstəxanasına göndərildiyi bildirilib. Burada tibbi ekspertizalar aparıldıqdan sonra meyitlər Ukraynanın Yunanıstandakı diplomatik nümayəndəliyinə təhvil veriləcək.
Qeyd edək ki, təyyarə Ukraynanın “Meridian” LTD şirkətinə məxsus olub.