Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayan şəxsi “Embraer Legacy” təyyarəsinin düşdüyü yerdə 8 meyit tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
Meyitlərin kimlərə məxsus olduğu açıqlanmayıb.
FHN dəqiqləşdirib ki, göyərtədə 10 nəfər (3-ü ekipaj üzvüdür) olub. “Vaqner” rəhbəri Yevgeni Priqojinin də adı sərnişinlər siyahısındadır.