Təyyarə havaya qalxdıqdan sonra alışdı

Təyyarə havaya qalxdıqdan sonra alışdı

Hindistanda göyərtəsində 185 sərnişin olan “Boinq B737-800” tipli təyyarə Patna şəhərindəki aeroportdan havaya qalxdıqdan dərhal sonra sol mühərrik alışaraq yanmağa başlayıb.

AzerTimes xəbər verir ki, təyyarənin pilotları dərhal qəza enişinə qərar veriblər. “SpiceJet” aviaşirkətinə məxsus təyyarə təhlükəsiz eniş edib və sərnişinlərdən heç biri xəsarət almayıb.

Şirkətin açıqlamasında deyilir ki, yanğına mühərrikin pərinə quş çırpılması səbəb olub.

Teqlər: