Təyyarə enə bilmədi, ermənilər panikaya düşdü, biri öldü

Təyyarə enə bilmədi, ermənilər panikaya düşdü, biri öldü

Dekabrın 17-də Rusiyanın S7 aviaşirkətinə məxsus Novosibirsk-İrəvan reysini həyataə keçirən təyyarənin texniki nazaslıq səbəbindən (şassisində problem olduğu bildirilir – red.) bir müddət yerə enə bilməməsi ilə bağlı təfərrüat açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə təyyarədə olan erməni sərnişinlər mediaya danışıb.

Onlar bildiriblər ki, təyyarə bir saatdan çox dövrə vurub və enməyə çalışıb. Bu müddətdə isə sərnişinlər arasında panika başlayıb.

Həyəcana və panikaya qapılan sərnişinlərdən biri təyyarədə keçinib.

Təyyarə nəhayət, “Zvartnots” hava limanına enə bilib.

Teqlər: