Teymur Rəcəbovdan daha bir qələbə

Teymur Rəcəbovdan daha bir qələbə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində sonuncu görüşünü keçirib.

AzerTimes xəbər verir ki, 35 yaşlı qrossmeyster XIV turda qara fiqurlarla macarıstanlı Rixard Rapportla qarşılaşıb. Görüş 33-cü gedişdə təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, rusiyalı Yan Nepomnyaşi əvvəlki turda yarışın qalibi olub və şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşəcək.

Teqlər: