Teymur Rəcəbov Nakamuraya uduzdu

Teymur Rəcəbov Nakamuraya uduzdu

İspaniyanın paytaxtı Madriddə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə İddiaçılar Turniri davam edir.

AzerTimes xəbər verir ki, Əlirza Firuzca (Fransa) ilə ilk heç-heçədən sonra Rəcəbov ikinci mərhələdə Hikaru Nakamura (ABŞ) ilə qarşılaşıb.

Oyun 75 gediş davam edib və bundan sonra Rəcəbov məğlubiyyətlə barışıb.

İki dövrəlik yarışda səkkiz qrossmeyster dünya tacı uğrunda görüşdə oynamaq hüququ uğrunda mübarizə aparır.

Qeyd edək ki, azərbaycanlı qrossmeysterin 0,5 xalı var.

Teqlər: