Teymur Rəcəbov liderlə heç-heçə etdi

Teymur Rəcəbov liderlə heç-heçə etdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

AzerTimes xəbər verir ki, 35 yaşlı qrossmeyster 10-cu turda qara fiqurlarla FİDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib.

Rəcəbov turnir cədvəlinin lideri ilə matçın 37-ci gedişində heç-heçə edib. Beləliklə, xalını 4,5-ə çatdıran Teymur hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Nepomnyaşi isə 7 xalla liderliyini davam etdirir.

Teqlər: