İspaniyanın paytaxtı Madriddə təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində 9-cu tur matçları baş tutub.
AzerTimes xəbər verir ki, şahmatçımız Teymur Rəcəbov ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə görüşüb. Qarşılaşma 41-ci gedişdə şahmatçımızın qələbəsi ilə yekunlaşıb. Bu, Teymurun turnirdəki ilk qələbəsi olub.
Qeyd edək ki, 6 heç-heçə edən və 1 qələbə qazanan T.Rəcəbovun 4 xalı var.