Teymur Musayev İsrailin ölkəmizdəki səfirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)

Xəbər - Samir Əli -Trend:

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev İsrailin ölkəmizdəki səfiri Corc Dikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Azərbaycan Respublikasının səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib. Görüşdə həmçinin İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin Asiya və MDB ölkələri ilə iqtisadi əməkdaşlıq departamentinin direktoru Mixael Lotem və İsrail səfirliyinin digər rəsmiləri də iştirak ediblər.

Səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib.

Teymur Musayev diqqətə çatdırıb ki, bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlıq nümunəvidir: “İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir. Bunu əsas tutaraq, səhiyyə sahəsində əməkdaşlıqdan məmnunuq. Eyni zamanda, Səhiyyənin daxilində olan digər yüksək texnologiya sahələrində – virusologiya, mikrobiologiya və COVID-19 pandemiyası ilə gündəmə gəlmiş digər istiqamətlərdə əməkdaşlığımız konsturiktivdir”.


Görüş zamanı həmçinin İsrailin əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunması məsələsi, eləcə də yüksək keyfiyyətli tibbi avadanlıqlar sənayəsinin Azərbaycanda istifadəsinin müstəsna əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə, nazirliklər arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində birbaşa əlaqələrin önəmi qeyd edilib.

Teqlər: