Şahmatçımız Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində ilk görüşünü keçirib.
AzerTimes xəbər verir ki, 35 yaşlı qrossmeyster 1-ci turda Fransanı təmsil edən Əlirza Firuzca ilə qarşılaşıb.
Ağ fiqurlarla oynayan Rəcəbov 71-ci gedişdə rəqibi ilə sülhə razılaşıb.
Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.