Teymur əmi dünyasını dəyişdi

Teymur əmi dünyasını dəyişdi

Xalq artisti, 81 yaşlı məşhur xanəndə Teymur Mustafayev dünən axşamüstü vəfat edib.

Mədəniyyət Nazirliyi T. Mustafayevin ölüm xəbərini təsdiqləyib. Nazirliyin məlumatına əsasən, sənətçinin dəfn olunma vaxtı və yeri barədə açıqlama veriləcək.

Qeyd edək ki, Teymur Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub. O, əmək fəaliyyətinə 1959-cu ildə başlamış və 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müğənni kimi öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib.

Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsü olub.