Texasda fövqəladə vəziyyət elan edildi

Texasda fövqəladə vəziyyət elan edildi

Elektrik enerjisinin olmaması səbəbindən ABŞ-ın Texas bölgəsində fövqəladə vəziyyət elan edilib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat verib.

Məlumata görə, qar fırtınası Texas sakinlərini karbohidrogenlərdən, küləkdən və günəşdən istifadə etməklə istehsal olunan 16,7 min meqavat elektrik enerjisindən məhrum edib. Temperaturun aşağı düşməsi və güclü külək generasiya gücünün bir hissəsini sıradan çıxarıb və ştatda elektrik enerjisi istehlakının rekord dərəcədə artmasına səbəb olub.

Teqlər: