Test üsulunu mən gətirdim, cəbhəçilər isə… – Mərdanov

Test üsulunu mən gətirdim, cəbhəçilər isə… – Mərdanov

Çoxları elə bilir ki, test üsulunu o vaxtın təhsil naziri Firidun Ağasıoğlu gətirib. Düzdür, qərarı onlar verib. Ancaq test üsulunu, o kağızları əlində Azərbaycana gətirən mən olmuşam.

AzerTimes xəbər verir ki, bu sözləri sabiq təhsil naziri Misir Mərdanov “Demədi Demə” Yutub kanalının “Qara-qırmızı” layihəsində deyib.

O bildirib ki, hazırda test üsulu öz mahiyyətindən uzaqlaşıb:

“Nazir müavini kimi Türkiyənin təhsil işçilərinin hamısını yaxşı tanıyırdım. Xalq Cəbhəsi gəlib, bu işə başlayanda isə heç nə bilmirdilər. Şəxsən rektor məni çağıraraq bildirdi ki, deyirlər, test kağızlarını gətirmək üçün Misir müəllim getsin. Düzdür, həmin ərəfədə məni çıxarıb universitetə keçirmişdilər, bir az incik idim. Buna baxmayaraq, o kağızların dalıyca mən getdim. Ancaq belə gözləmirdik. Bunlar tamamilə fərqli sistem gətirdilər, səhv yol ilə getdilər. Mən o sualları tərtib edən adamlarla tez-tez görüşürdüm. Deyirdim ki, bu uşağa hansı həcmdə bilik vermisənsə, onu tələb elə. İndi isə olduqca ağırlaşdırılmış suallar salırlar. Düşünürəm, təcili olaraq bu qaydalardan imtina olunmalıdır”.

Qeyd edək ki, bəhs edilən dövrdə – 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yaradılır və bu qurumun idarəetməsi Vurğun Əyyuba həvalə olunur. Bununla da ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada test üsulu ilə qəbul həyata keçirilir.

Teqlər: