Təslim oldu, öhdəlik götürdü, Soçidə isə imtina etdi…

Təslim oldu, öhdəlik götürdü, Soçidə isə imtina etdi…

İki il əvvəl (10 noyabr 2020 – red.) üçtərəfli bəyanat imzalandı, İkinci Qarabağ müharibəsində Ermənistan de-fakto kapitulyasiya aktına imza atdı.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko qeyd edib.

Korotçenko xatırladıb ki, İrəvan öz üzərinə bu bəyanatla öhdəliklər götürdü:

“Ancaq bu öhdəliklərin böyük əksəriyyətini Paşinyan hökuməti indiyə qədər yerinə yetirməyib.

Situasiya bu gün necədir:

– Erməni qanunsuz silahlı birləşmələr və Ermənistan ordusunun hərbçiləri Qarabağ ərazisində qalmağa davam edirlər;

– Zəngəzur dəhlizi açılmayıb, bundan başqa, az öncə baş tutan Soçi sammitində Paşinyan ümumiyyətlə bu öhdəliyi yerinə yetirməkdən imtina etdi;

– Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiya və demarkasiyası İrəvan tərəfindən düşünülmüş surətdə gecikdirilir;

– Azad edilmiş ərazilərin mina xəritəsini Ermənistan Azərbaycana hələ də tam verməyib;

– Qarabağda erməni separatçı administrasiyanın qanunsuz fəaliyyəti davam edir. Bundan başqa, qondarma qurumu gücləndirmək üçün erməni diasporunun hamisi milyarder Ruben Vardanyan oyuna “dövlət naziri” kimi daxil edilir;

– Ermənistan daimi olaraq hərbi təxribat törədir və insident yaradır, Azərbaycan mövqelərinə atəş açır, Azərbaycan ərazilərinə mina döşəmək üçün devirsiya göndərir;

– İrəvanın səyləri ilə regiona xarici oyunçular – AB (bədnam “müşahidəçi” missiya adı ilə), ATƏT, Fransa və ABŞ daxil edilir: onların məqsədi isə Cənubi Qafqazda destabilizasiyadır”.

Teqlər: