Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-ın “Tesla” şirkəti bir ay ərzində kapitallaşmasının təxminən üçdə bir hissəsini itirib.
AzerTimes-ın məlumatına görə, yanvarın sonunda şirkətin səhmləri 900 dollardan baha alınıb-satılırdı. Həmin dövrdə “Tesla”nın kapitallaşması 850 milyard dollara çatmışdı.
Martın əvvəlində isə səhmlər 563 dollaradək ucuzlaşıb. Bu, şirkətinin kapitallaşmasının 540 milyard dollaradək və ya 36 faiz azalmasına səbəb olub.