ABŞ-ın “Tesla” şirkəti özünün elektromobilləri əsasında
sürücüsüz taksi xidmətini işə salmağı planlaşdırır.
Trend-in
məlumatına görə, bunu “Tesla”nın rəhbəri İlon Mask şirkətin
fəaliyyətinin 2022-ci ilin birinci rübü üzrə yekunlarına həsr
olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, “robotaksi” xidmətinin 2024-cü ildə işə
düşməsi nəzərdə tutulur.
Qeyd olunur ki, bu xidmətdə “Tesla”nın tam avtomatlaşdırılmış,
sükan və pedalları olmayan elektromobilləri istifadə olunacaq.
İ.Mask 2024-cü ilədək həmin avtomobillərin kütləvi istehsalına
başlamaq niyyətində olduğunu bildirib.