Tesla şirkətinin səhmləri 30 milyard dollar ucuzlaşdı

Tesla şirkətinin səhmləri 30 milyard dollar ucuzlaşdı

Elektrik avtomobilləri istehsalçısı “Tesla” şirkətinin səhmləri 8 sentyabr tarixli hərracda 21,1% ucuzlaşaraq hissə başına 330,21 dollara düşüb, nəticədə İlon Mask ümumilikdə 30 milyard dollar itirib.

Bu cür gündəlik enişin şirkət üçün rekord olduğu bildirilib.

“Tesla”nın keçən həftə 5:1 prinsipi üzrə hissə bölüşdürmə prosedurunu həyata keçirməsi nəticəsində yaşanan ani bahalaşmadan sonra səhmlərinin qiyməti % 33,7 ucuzlaşıb. Səhmlərin ucuz qiymətə satışı şirkətin 5 milyard dollarlıq əlavə səhm emalı elan etməsindən sonra başlayıb, şirkətin ikinci ən böyük səhmdarı “Baillie Gifford & Co” isə öz şirkət payını azaldıb. Bundan əlavə, şirkət səhmləri gözlənilmədən “S&P 500” indeksindən də çıxarılıb.

www.instagram.com
Читать дальше

“Tesla”nın son tarazlaşdırma dövrünə niyə daxil edilmədiyi bəlli deyil, amma biz inanırıq ki, şirkətin səhmləri sonda “S&P 500”ə daxil olacaq”, – deyə “Baird” investisiya bankının analitiki Ben Kallo bildirib.

“Daily Telegraph”ın məlumatına görə, keçən bazar ertəsindən etibarən “Tesla”nın kapitallaşması təqribən 145 milyard dollar azalıb və bununla şirkətin qurucusu və rəhbəri İlon Mask 30 milyard dollar itirib.

Son düşüşlərə baxmayaraq, “Tesla”nın kapitallaşması ilin əvvəlindən təxminən dörd dəfə artıb. Şirkətin bazar dəyəri (təqribən 308 milyard dollar) “General Motors Co” (46,3 milyard dollar) və “Ford Motor Co”nun (27,5 milyard dollar) kapitallaşmasını üstələyir.