“Tesla” şirkəti Model S Plaid elektrik sedanının tədarükünə başlayıb

ABŞ-ın “Tesla” şirkəti flaqman elektrik sedanının ən güclü versiyası – Model S Plaid avtomobilinin tədarükünə başlayıb.

AzerTimes-ın məlumatına görə, tədarükün başlanmasına həsr olunmuş tədbir Kaliforniya ştatının Frimont şəhərinəd yerləşən “Tesla” zavodunun yaxınlığında keçirilib.ş

Yeni elektrik avtomobilin təqdimatını şirkətin baş direktoru İlon Musk keçirib.


İ.Mask bildirib ki, əvvəlcədən sifariş edilmiş ilk 25 avtomobil artıq sahiblərinə təhvil verilib.