“Tesla” rəhbərinin açıqlamasından sonra “Bitcoin” bahalaşıb

“Tesla”nın rəhbəri İlon Maskın şirkətinin istehsal etdiyi elektrik avtomobillərini almaq üçün “Bitkoin”dən istifadə edilə biləcəyini dediyindən sonra kriptovalyutanın qiyməti bahalaşıb.

AzerTimes-ın məlumatına görə, İ.Mask öz “Tvitter” səhifəsində yazıb ki, indi “Tesla” avtomobillərini bitkoin ilə almaq mümkündür. O əlavə edib ki, “bu ilin sonunda” ABŞ xaricində olanlar da bunu edə biləcəklər.


Məlumata əsasən, “Bitcoin”in qiyməti saat 17:54 üçün 4,3 fazi artaraq 56,689 min dollara yüksəldi.