Tesla Çinin Sincan böləgsində sərgi salonu açıb

ABŞ-ın elektrik avtomobil istehsalçısı “Tesla Inc” şirkəti Çinin Sincan-Uyğur Muxtar Bölgəsində sərgi salonu açıb.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkət ötən ilin 31 dekabr tarixində “Weibo” sosial şəbəkəsindəki öz rəsmi səhifəsində bildirib.

Şirkət qeyd edib: “2021-ci ilin son günündə biz Sincanda görüşürük. Gəlin 2022-ci ildə birlikdə Sincanı elektrik səyahətə aparaq”.