Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-ın “Tesla” elektrik avtomobil şirkəti Çində 36 mindən çox avtomobili geri çağırıb.
AzerTimes-ın məlumatına görə, qərar mərkəzi monitorda, qızdırıcı qurğuda qeydə alınan mümkün qüsurlarla əlaqədar verilib.
Geri çağırılma 2013-2018-ci illərdə istehsal olunmuş “Model S” və 2016-2018-ci illərin “Model X” modellərinə şamil olunur.
Qeyd olunur ki, Çində həmin modellər bu günədək müxtəlif qüsurlarla əlaqədar dörd dəfə geri çağırılıb.