“Tesla” Çində 14 mindən çox avtomobili geri çağırır

ABŞ-ın “Tesla” şirkəti Çin bazarında 14,6 mindən çox avtomobili
geri çağırır.

Trend-in
məlumatına görə, geri çağırılma 2019-cu ilin yanvarından 2022-ci
ilin yanvarınadək istehsal olunmuş “Model 3” elektromobillərinə
şamil olunur.

Qeyd olunur ki, geri çağırılma proqram təminatının sürəti əks
etdirmədə mümkün qüsurları ilə əlaqəlidir.

Bu qüsur sürücünün sürəti təyin etməsində problemlərə yol aça
bilər.

Xatırladaq ki, “Tesla” bu ayın əvvəlində Çində 127 mindən çox “Model 3” elektromobillərinin geri çağırılacağını elan etmişdi.