“Tesla” Çində 127 mindən çox avtomobili geri çağırır

ABŞ-ın “Tesla” şirkəti Çin bazarında 127 mindən çox avtomobili
geri çağırır.

Trend-in
məlumatına görə, geri çağırılma 2019-cu ilin yanvarından 2022-ci
ilin yanvarınadək istehsal olunmuş “Model 3” elektromobillərinə
şamil olunur.

Qeyd olunur ki, həmin avtomobillərdə elektrik yarımıkeçirici güc
dəyişdiricilərinin quraşdırılması ilə bağlı problrmlər aşkar
edilib.

Bu qüsur avtomobilin istifadəsi zamanı cərəyan axınının stabil
nəzarət olunmasında problemlərə yol aça bilər.