“Tesla” Çində 107 mindən çox avtomobili geri çağırır

“Tesla” şirkəti Çin bazarında 107,2 mindən çox elektromobili
geri çağırır.

Trend-in
məlumatına görə, bu barədə Çinin Bazarlara Nəzarət Dövlət İdarəsi
bildirib.

Qeyd olunur ki, geri çağırılma 2021-ci ilin oktyabrından 2022-ci
ilin aprelinədək Şanxay zavodunda istehsal olunmuş “Model 3” və “Model Y” avtomobillərinə şamil olunur.

Məlumata əsasən, həmin avtomobillərdə mərkəzi sensor
ekranlarında avtomobilin enerji yığması zamanı qüsurlara meydana
çıxa bilər. Bu isə öz növbəsində sürücü və sərnişinlərin
təhlükəsizliyinə təhdid yarada bilər.