“Tesla” şirkəti, son beş ayda səkkizinci dəfə sürücülərin və
sərnişinlərin təhlükəsizliyini sual altına qoyan problemlərə görə
600 minədək avtomobilini bazardan geri çağırır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 2020-2022 Y, X və S Model, eləcə də
2017-2022 Model 3 markalı 595 minə yaxın avtomobil sürücülərə
hərəkət edərkən səs siqnalı çıxarmaq üçün nəzərdə tutulan “Boombox”
funksiyasına görə geri çağırır.
Daha əvvəl ABŞ-ın Milli Avtomobil Yolları Hərəkəti
Təhlükəsizliyi Administrasiyası (NHTSA) elektriklə işləyən
avtomobillərin səssiz olmalarını, o cümlədən piyadaların
təhlükəsizliyinə təhdid olduğunu əsas gətirərək, bu növ
avtomobillərdə əlavə səsli siqnallar üçün müvafiq avadanlığın
quraşdırılmasını şərt kimi irəli sürmüşdür.
Bu avadanlıq “Tesla” avtomobillərində “Boombox” adlanır. Geri
çağırılan avtomobillərdə bu sistem standart səs siqnallarından
əlavə istifadəçilərin seçdiyi siqnallarla əvəz oluna bilər.
NHTSA belə qənaətə gəlib ki, “Boombox”-un bu xüsusiyyəti təyin
olunmuş təhlükəsizlik qaydalarına uyğun gəlmir.