“Tesla” 1,1 milyon avtomobili geri çağırır

“Tesla” 1,1 milyon avtomobili geri çağırır

Elektrikli avtomobil istehsalçısı “Tesla” ABŞ-da təhlükəsizlik pozuntularına görə 1 milyondan çox avtomobili geri çağıracağını açıqlayıb.

AzerTimes xəbər verir ki, elektrikli avtomobil istehsalçısı “Tesla”nın pəncərələrin çox tez bağlanması və bunun insanlara problem yaratması səbəbindən ABŞ-da 1,1 milyon avtomobili geri çağıracağı bildirilir.

ABŞ-da səlahiyyətlilər tərəfindən hazırlanan hesabat avtomobillərdə maneə aşkar edildikdə, şüşələrin düzgün reaksiya vermədiyini göstərib. Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi bunun təhlükəsizlik pozuntusu olduğunu bildirib.

Tesla tərəfindən edilən açıqlamada problemin proqram yeniləməsi ilə aradan qaldırılacağı bildirilib.

Teqlər: