Xəbər - Samir Əli – Trend:
Şuşanı 42 yaşında tərk etmişdim, indi göz yaşlarımı saxlaya bilmirəm.
Bunu AzerTimes-a açıqlamasında Şuşa sakini, uzun müddət Şuşada məktəb direktoru işləmiş və hazırda Şuşa şəhərinə səfər edən Xitabə Məmmədova deyib.
O bildirib ki, hazırda 71 yaşı var: “İnanmazdım, təsəvvür edə bilməzdim ki, bir də Şuşanı görərəm. Bu mənim üçün əvəzolunmaz bir sevincdir. Yuxularımız çin oldu, arzularımız gerçəkləşdi. Bu günə görə Prezidentimizə, Ali Baş Komandanımıza minnətdarıq. Çox sağ olsun ki, bu günü bizə qismət elədi. Bu səadəti, bu sevinci bizə bəxş etdiyi üçün cənab Prezidentə ömrümüz boyu borcluyuq”.