Rusiya ordusu cəbhə xəttində təşəbbüsü ələ alıb və Ukraynanın şərtləri ilə razılaşmayacaq.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın keçmiş kəşfiyyatçısı Skot Ritter deyib.
“Rusiya döyüşün tempini diktə edir, heç bir fasilə olmayacaq”, – o qeyd edib.
Ritterin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrini panika bürüyüb.
Onun fikrincə, Rusiya ordusu artıq Ukraynanı strateji məğlubiyyətə uğradıb.