Təsdiqlənmiş subsidiyanın məbləği 57 milyon manatdır.
AzerTimes xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.
Nazir qeyd edib ki, pandemiyadan zərər çəkmiş sahələrə dəstəktəd birləri çərçivəsində mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə sahibkarlardan indiyədək 5463 müraciət daxil olub, bunlardan 4497-nə (82,3%) subsidiyanın veilməsi barədə müsbət qərar qəbul edilib.