Təsdiqləndi: Ukraynada bu ölkə vətəndaşlarına xüsusi status…

Təsdiqləndi: Ukraynada bu ölkə vətəndaşlarına xüsusi status…

Ali Rada Polşa vətəndaşları üçün xüsusi təminatların yaradılması barədə qanun qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə deputat Aleksey Qonçarenko Teleqram hesabında məlumat yayıb.

Məlumata əsasən, Ukraynaya gələn Polşa vətəndaşlarına və onların ailələrinə 18 aya qədər ölkədə qanuni şəkildə yaşamaq imkanının verilməsi planlaşdırılır. Bu müddət ərzində onlar məşğulluq hüququ, iqtisadi fəaliyyət, tədris müəssisələrində təhsil, Ukrayna vətəndaşları ilə eyni şərtlərlə tibbi xidmət və ayrı-ayrı sosial ödənişlərin təmin olunmasına zəmanət veriləcək.

Qeyd edək ki, may ayında Prezident Vladimir Zelenski Ukraynada Polşa vətəndaşlarına xüsusi hüquqi status verilməsi haqqında qanun layihəsini parlamentə təqdim etmişdi.

Teqlər: