Təsdiqləndi: Rəisi Ermənistana getməliymiş!

Təsdiqləndi: Rəisi Ermənistana getməliymiş!

İran Prezidenti İbrahim Rəisi Ermənistana səfər etməyi planlaşdırırdı, səfər təyyarə qəzasından əvvələ nəzərdə tutulub.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Bildiyiniz kimi, İran prezidentinin növbəti səfəri Ermənistana baş tutmalı idi. Baş verənlərə görə çox təəssüf edirik. Həm prezident, həm də İran Xarici İşlər Nazirliyinin rəhbəri regionda fəal olub”, – o bildirib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin 19 mayda (helikopter qəzası baş verən gün – red.) Zəngəzur ərazisində yol açılışı mərasiminə qatılmasının nəzərdə tutulduğu, bu səfərdən onun son anda imtina etdiyi haqda məlumat yayılmışdı. Ancaq Ermənistan XİN-in sözçüsü bu xəbəri nədənsə təkzib etmişdi.

Teqlər: