Londona çatan məlumata görə, İran Rusiyaya yer-yer tipli ballistik raketlər verib.
AzerTimes xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Qrant Şapps “Haus” nəşrinə müsahibəsində deyib.
O, İranın siyasətini tənqid edərək, Tehranı beynəlxalq münaqişələri təhrik etməkdə və qızışdırmaqda ittiham edib:
“İranın mənfi təsirləri təkcə Yaxın Şərqlə məhdudlaşmır, Tehranın Moskvaya dəstəyi ilə bu mənfi təsirlər Avropaya da çatıb”.
Qeyd edək ki, fevralın 21-də “Röyters” altı məlumatlı mənbəyə istinadən İranın Rusiyaya 400-ə yaxın yaxınmənzilli “Fateh 110” və “Zülfüqar” raketləri verdiyini bildirmişdi.