Türkiyə Milli İstehbarat Təşkilatının rəhbəri vəzifəsinə İbrahim Kalının namizədliyi təsdiqlənib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Türkiyə Prezidenti Ərdoğan bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, İbrahim Kalının MİT rəhbəri təyin olunacağı barədə məlumat Nazirlər Kabinetinin yeni tərkibi elan edilərkən mediaya sızdırılmışdı.