İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin Kremldə Yevgeni Priqojin və “Vaqner”in komandirləri ilə təxminən üç saatlıq görüş keçirib.
AzerTimes xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Putin “Vaqner” komandirlərinin izahatlarını dinləyib, onlara işlə təmin olunmaq və hərbi gedişat barədə təkliflərini edib. Eyni zamanda, komandirlər iyunun 24-də baş verənlərlə bağlı öz versiyalarını təqdim ediblər, onların dövlət başçısının sadiq tərəfdarları və əsgərləri olduqlarını vurğulayıblar. Görüşdə 35 nəfər – bütün dəstə komandirləri və “Vaqner”in rəhbərliyi, o cümlədən Yevgeni Priqojinin özü iştirak edib”, – o bildirib.