Tərtərdə silahlı insident yaşanıb.
AzerTimes xəbər verir ki, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Rəsul Ağayevlə həmkəndlisi, 1973-cü il təvəllüdlü Namiq Hüseynov arasında pambıq sahəsinin suvarılmasına görə mübahisə yaranıb. Bu zaman R.Ağayev ov tüfəngilə N.Hüseynova tərəf atəş açıb. Nəticədə güllə N.Hüseynovun VAZ-2106 markalı avtomobilinə dəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.