Tərtərdə reyd keçirilib, 20 nəfər cərimələnib (FOTO)

Tərtər. Samir Əli – Trend:

Ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir. Bu məqsədlə Tərtər rayonunda növbəti dəfə reyd keçirilib.

AzerTimes-ın Qarabağ bürosunun verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən qapalı və açıq məkanlarda tibbi maskadan istifadə etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülüb. Edilən xəbərdarlıqlara rəğmən qaydalara laqeydlik nümayiş etdirənlər barəsində inzibati protokol tərtib edilərək cərimələniblər.

Reyd yol polisi əməkdaşları tərəfindən də təşkil olunub və şəhər daxili və kəndlər arası sərnişin daşıma və taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər barəsində müvafiq tədbirlər görülüb.


Reyd zamanı sürücü və sərnişinlərin tibbi maskaladan istifadə etməsi, sərnişin sayının qaydalar çərçivəsində olub-olması yoxlanılıb. Normadan artıq sərnişin daşınması halları aşkarlandıqda sürücülərə bir daha xəbərdarlıq edilib və bu halın yoluxma riskini artırdığı bildirilib. Tibbi maskadan düzgün şəkildə, yəni tənəffüs yollarını örtəcək formada istifadə edilməsi ilə bağlı bir daha sürücü və sərnişinlərə xəbərdarlıq edilib.

Reyd zamanı qoruyucu maskadan istifadə etməyən 20 nəfər cərimələnib.

Teqlər: