Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Borsunlu kəndində yerləşən qəbiristanlıqdakı məzarların ətrafındakı metal hasarları oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, araşdırmalarla onların həmin kənd sakinləri V.Əlizadə, N.Qasımov və Ü.Əlizadə olduqları müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.