Tərtərdə qanunsuz ov edən şəxslər müəyyən edilib (FOTO)

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Evoğlu kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Bərdə rayon sakinləri Baloğlan Həsənov və Mayis Babaşov saxlanılıblar. Həmin şəxslərdən 2 ov tüfəngi, patronlar və ovladıqları çöl heyvanları aşkar edilib.

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

Teqlər: