Tərtər şəhər sakini Ə.Qasımlı ötən ilin dekabr ayında özünə məxsus evdən məişət əşyalarının oğurlanması barədə Tərtər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər şəhər sakini Ramiz Malıyev saxlanılıb. Araşdırmalarla onun evdən 1 ədəd televizor və 1 ədəd qol saatı oğurlamaqla zərərçəkmişə 700 manata yaxın ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı R.Malıyev törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.