Tərtərdə mina partlayışında xəsarət alanlardan biri evə buraxılıb

Xəbər - Samir Əli – Trend:

Tərtər rayonu ərazisində yol təmiri işləri apararkən mina
partlayışından xəsarət alan 2 nəfərdən biri evə buraxılıb.

Bu barədə AzerTimes-ın
sorğusuna cavab olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat
verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan
şəxslərdən birinə – 1963-cü il təvəllüdlü Alışah Səfərova ilkin
tibbi yardım göstərilib və o, evə buraxılıb. Digər şəxsin vəziyyəti
isə kafi olaraq qiymətləndirilir, hazırda həkim müşayiəti
altındadır.

Xatırladaq ki, bu gün Tərtər rayon prokurorluğu rayonun Çaylı
kəndi ərazisində iki nəfərin minaya düşməsi ilə bağlı məlumat
yayıb.


Kənd ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il
təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov
mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri
alıblar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış
keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual
hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma
aparılır.

Teqlər: