2022-ci il 18 fevral tarixində Tərtər rayonunda mina partlayışı
nəticəsində iki nəfər xəsarət alıb. Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən verilən məlumata əsasən,
partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə
baş verib.
Bu barədə ANAMA-dan AzerTimes-a bildirilib.
Belə ki, 1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və
1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı
nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə
götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları
olduğu müəyyən edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.