Tərtər rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür, sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.
AzerTimes-ın məlumatına görə, tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri rayon ərazisində yerləşən dövlət müəssisələrində, çoxmənzilli yaşayış binalarında, ticarət və xidmət obyektlərində, prospekt və küçələrdə, ödəniş terminalları və bankomatlarda həyata keçirilib.